“Telegram” istifadəçi adlarının hərracına start verib.
Satış “Fragment” adlı platforma vasitəsilə həyata keçirilir.
Bu platformada istifadəçilər messencerdəki adlarını alıb sata bilərlər.
İstifadəçi adı maksimum məbləğ təklif edən və bir həftə ərzində təklifi üstələnməyən şəxsə veriləcək.
Adların dəyəri onların qısalığından aslıdır. Onlar TON blokçeynində ağıllı müqavilələrdən istifadə edilərək satılır.
Ən qısa dördişarəli istifadəçi adı üçün qiymət 10 min TON-dan başlayır.