İsrail polisi Təl-Əviv yaxınlığındakı Bat Yam şəhərində bir dayanacaqda 3 avtobusda partlayışdan sonra yanğının baş verdiyini elan edərək hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Dünən axşam saatlarında Təl-Əvivin cənub ətraflarında avtobus parklarında boş avtobuslarda üç partlayış baş verib. partlayışlarda xəsarət alan olmasa da, sionist İsrail polisi Təl-Əviv bölgəsində bir neçə yerdə şübhəli əşyalar tapdığını bildirib.
İsrail NK-nın yaydığı bəyanatda bildirilib ki, “Avtobuslara qarşı törədilən silsilə kütləvi terror hücumlarından sonra” baş nazir Benyamin Netanyahu müdafiə naziri, baş qərargah rəisi, ümumi təhlükəsizlik xidmətinin rəhbəri və polis rəisi ilə vəziyyəti dəyərləndirib.
Bildirilib ki, görüşdən sonra Netanyahu qatil İsrail ordusuna İordan çayının qərb sahilində böyük əməliyyat keçirmək əmrini verib.
Yedioth Aharonot qəzeti ilk partlayışın Bat Yamdakı stadionun yaxınlığındakı dayanacaqda, ikinci partlayışın isə birinci yerdən 400 metr aralıda olan dayanacaqda baş verdiyini yazıb. Qəzet əlavə edib ki, üçüncü partlayış əvvəlki iki yerdən 4 kilometr aralıda yerləşən dayanacaqda baş verib.