Bir sionist rəsmisi iki radikal nazir ucbatından İsrailin siyasi təcridə düşmə ehtimalının güclü olduğunu elan edib.
Əl Aləm telekanalının “Kan” telekanalına istinadən verdiyi məlumata əsasən, adının çəkilməsini istəməyən sionist rəsmisi radikal təhlükəsizlik naziri İtamar Ben qvir və iqtisadiyyat nazirinin səhv siyasətlərinin İsraili siyasi təcridə sürüklədiyini vurğulayıb.
Bu rəsminin sözlərinə görə Ben Qvir şəxsi ifratçı siyasətlərini qeyri-qanuni surətdə icra etmək istəyir. O, ABŞ dövlət katibi Barbara Luinin İsrailə səfəri zamanı irroniyalı sözlərindən sitat gətirərək qeyd edib: Siz Fələstin məsələsi yerinə İran barədəmi danışmaq istəyirsiniz?
Qeyd edək ki, Ben Qvir Qifat Afitar qəsəbəsinin salınması layihəsinin açılışında təxribatçı çıxışı ilə sionistləri fələstinlilərə qarşı vandallığa dəvət edib.
Ben Qvir Nablosun cənubunda salının Afitar qəsəbə layihəsinin inşa mərhələsinə baxış keçirərkən deyib ki, sizi dəstəkləməkdə mövqeyim aydındır.
O, bir daha sionist rejimin işğal olunmuş ərazilər boyu qəsəbə salma və hərbi əməliyyatlarla minlərlə fələstinlinin öldürülməsi və evlərinin dağıdılmasını dəstəkləyərək vurğulayıb ki, bu metod sionist rejimin təhlükəsizliyini sabitləşdirmək və gücləndirmək üçün yeganə çıxış yoludur.
