Türkiyəl hakerlər Tel Əviv kinoteatrının kompüter sisteminə nüfuz edərək Əl Əqsa Tufanı əməliyyatı yayımlayıblar.
İRNA-nın Yediot Aharanot qəzetinə istinadən məlumatına əsasən, “Live” şirkətinin kinoteatrlar şəbəkəsi filiallarından birinin ekranlarında ibri dilində hədələyici mesajlar yayımlanıb.
Yediot Aharanot qəzeti həmçinin yazıb: Hakerlər Təl-Əviv şəhərinin kino sisteminə sızıblar, 7 oktyabr əməliyyatından (Əl-Əqsa Tufanı əməliyyatı) səhnələri yayıblar və reklam ekranları vasitəsilə hədələyici ifadələr yayımlayıblar.
Məlumata görə hakerlərin türkiyəli olması ehtimal olunur.
Yayımlanan mesajda sionistlərə xitabən deyilir: Siz axmaq, terrorçu, qatil və qorxaqsınız. Qəzzədə həlak olan günahsız körpələrin qanına bais oldunuz. Biz hətta sizi rahat kinoya baxmağa da qoymayacağıq. Biz siz məhv edəcəyik, internetə çıxışınızı dayandıracaq və ban hesablarınızı məhdudlaşdıracağıq.