QafqazTimes.com SizinYol-a istinadən xəbər verir:
Qəlblərin Generalı Hacı Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndis, həmçinin, bu faciənin digər şəhidlərinin şəhadətinin ikinci ildönümü münasibətilə təşkil edilən mərasim Tbilisidə Camiətul-Mustafa Beynəlxalq Universitetin konfrans zalında keçirilib. Mərasimdə səfirlik əməkdaşları və işçilərin möhtərəm ailələri də iştirak edib.
Əvvəlcə salamlama nitqini Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstandakı nümayəndəsi Höccətül-İslam Yusifzadə açıb, daha sonra səfirliyin katibi cənab Qubadi Şəhid Qasim Süleymani haqqında nitq söyləyib.
Sonda İranın mədəniyyət müşaviri cənab Mehri möhtərəm şəhidin xüsusiyyətlərini Ali Rəhbərin prizmasından təhlil edərək vurğulağıb.
Daha sonra İranın Gürcüstandakı hərbi attaşesi, polkovnik Muxtari bu dəyərli şəhidin şücaətindən və xüsusiyyətlərindən danışıb.
Mərasim zamanı iştirakçılara şəhid Süleymaninin həyatından kliplər nümayiş etdirilib və sonda “Mənim tanıdığım Hacı Qasim” adlı kitabla bağlı keçirilən kitab oxuma müsabiqəsinin qaliblərinə hədiyyələr verilib.
Mərasim Hacı Rahid Kərimovun xanım Zəhra (ə), şəhid Hacı Qasım və onun digər vəfalı silahdaşları barədə söylədiyi mərsiyə ilə başa çatıb.