Qafqaztimes xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Əhlibeyt (ə) məscidində İslam Peyğəmbərinin (s.ə.a) vəfatı, İmam Həsənin (ə) şəhadəti və Əllamə Həsənzadə Amulinin vəfatının 7-ci günü ilə əlaqədar mərasim keçirilib.
Mərasimdə çıxış edənlər İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s.ə.a), İmam Həsənin (ə) mübarək kəlamlarını məsciddəki insanların diqqətinə çatdırıblar.
Bundan əlavə Əllamə Həsənzadə Amulinin şəxsiyyətindən və fəaliyyətindən də söz açılıb.