İtaliyada məşhur Vezuvi püskürməsinin qurbanlarının yeni skeletləri tapılıb.
Onlar Pompeydə qazıntılar zamanı aşkarlanıblar.
İlkin məlumata görə skeletlər iki kişiyə aiddir, onların yaşı 50-dən yuxarı olub.
Qurbanların 79-cu ildə vulkan püskürməsi ilə birlikdə baş verən zəlzələ zamanı həyatlarını itirdikləri ehtimal edilir.