Psixoloji problemləri olan kişi tanımadığı mənzilin qapısını döyüb və qapı açılar-açılmaz mənzilə soxulub.
Hadisə binanın dəhlizində olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Tanımadığı adamın mənzilə soxulmasını görən qadın qışqırmağa başlayıb və nəticədə kişi mənzili tərk edib.
Hadisə Türkiyənin Kocaeli şəhərində baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə əlaqədar araşdırmalara başlayıb.
Saxlanılan şəxsin əqli qüsurlu olduğu müəyyənləşib. Ev sahibi də polis idarəsinə dəvət edilib. Lakin qadın baş verən hadisədən şikayətçi olmaq istəmədiyini bildirib.