QafqazTimes xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) icraiyyə komitəsinin üzvü Hüseyn əl-Şeyx İsrailin baş naziri Naftali Bennettin Əbu Aqilənin şəhadəti ilə bağlı Fələstin Administrasiyasından birgə araşdırma mərkəzinin yaradılması təklifini təkzib edib.
Əl-Şeyx Twitter hesabında yazıb: “İşğalçı rejim fələstinli jurnalist Şirin Əbu Aqilənin öldürülməsinə görə məsuliyyət daşıyır. Biz işğalçı rejimin baş nazirinin Fələstin administrasiyasına Əbu Aqilənin qətli ilə bağlı birgə araşdırma aparılması təklifini təkzib edir və bu işi Beynəlxalq Cinayət Məhkəməsinə aparacağımızı vurğulayırıq.”
Əl-Qüds Əl-Ərəbi qəzetinin məlumatına görə, İsrail ordusu Əbu Aqilənin necə vurulması ilə bağlı Fələstin rəhbərliyinə birgə araşdırma aparmağı təklif etdiyini iddia edib.
İsrailin xarici işlər naziri Yair Lapid də Twitter hesabında yazıb: “Fələstinliləri Şirin Əbu Aqilənin qətli ilə bağlı birgə araşdırma aparmağa çağırırıq.”