Qafqaztimes xarici mənbələrə istinadən xəbər verir ki, sionist İsrail rejiminin Daxili Təhlükəsizlik Araşdırmaları Müəssisəsi bildirib ki, İsrail müəyyən problemlər səbəbindən Yəmənin Ənsarullahı ilə hərtərəfli savaşa başlaya bilməyəcək. Şübhəsiz ki, Qəzzədə savaş dayanmayınca Yəmən husiləri (Ənsarullah) İsrailə hücumları belə asanlıqla dayandırmayacaq.
Bir neçə gün öncə intiharçı pilotsuz uçan aparat sionist müdafiə sistemi tərəfindən maneə görmədən və hətta hücum sireni səslənmədən Amerika konsulluğunun yaxınlığındakı binaya zərbə endirib. Yəmən ordusunun sözçüsü Yəhya Səri dərhal bəyanat yayaraq Təl-Əvivə hücumun məsuliyyətini öhdəyə alıb və əməliyyatın təfərrüatlarını açıqlayıb.