QafqazTimes xəbər verir ki, sionist rejimin Qəzza zolağına hücumlarına cavab olaraq Fələstin müqavimət qrupları Qəzza ətrafında və Təl-Əvivin cənubunda yerləşən yaşayış məntəqələrini raket hücumları ilə hədəfə alıblar.
Qəzzadan 100-dən çox raket atılıb
İslami Cihad hərəkatının hərbi qolu olan Saraya əl-Qüds də 100-dən çox raketlə Təl-Əvivi və işğal olunmuş Fələstinin mərkəzi şəhərlərini hədəfə aldığını açıqlayıb.
İraqın Əl-Nücəbə hərəkatı Qəzzaya hücumu pisləyib
İraqın Əl-Nücəbə İslami Müqavimət Hərəkatı sionist rejimin Qəzza zolağına hücumunu pisləyib və bu hərəkatın yüksək səviyyəli liderlərindən olan Tissir Əl-Cəbərinin şəhadəti ilə əlaqədar Fələstin İslami Cihad Hərəkatına başsağlığı verib.
Həniyyə: Sionist düşmən Qəzzəyə hücumun nəticələrinə görə məsuliyyət daşıyır
HƏMAS hərəkatının siyasi ofisinin rəhbəri sionist rejimin Qəzzə zolağına hücumu və İslami Cihad hərəkatının yüksək səviyyəli liderlərindən birinin şəhadəti ilə nəticələnən yeni cinayətini pisləyərək, vurğulayıb ki, bu rejim bu hücumun nəticələrinə görə məsuliyyət daşıyır.
Müqavimət qrupları sionistlərin Sderot, Aşkelon və Aşdod qəsəbələrini raket hücumları ilə hədəfə alıblar.
Qəzzə zolağı ətrafındakı sionist yaşayış məntəqələrində həyəcan təbili çalınıb və xəbər mənbələri sionist yaşayış məntəqələrinə bir neçə raket atıldığını bildiriblər.
Sionist mediası həmçinin “Dəmir Günbəz” hava hücumundan müdafiə sisteminin Qəzzadan atılan 100 raketdən yalnız 40 ədədini zərərsizləşdirə bildiyini və qalan raketlərin sionis məntəqələrinə düşdüyünü bildiriblər.