“Taliban” Əfqanıstanda təyyarə qəzasından xilas olanların görüntülərini paylaşıb. Kadrlarda Bədəxşandan aparılan axtarış-xilasetmə əməliyyatı əks olunub.
Məlumata görə, “Falcon 10”un qəzasından sağ qalan dörd nəfər (həkimlər İqor Sıvorotkin və Pavel Popov, pilotlar Dmitri Belyakov və Arkadi Qraçov) Kabil xəstəxanasına aparılıb, orada həkimlər tərəfindən müayinə olunublar. Onların həyatı təhlükədə deyil. Heyət üzvləri üçün artıq Rusiyadan təyyarə göndərilib.
Sərnişinlər – biznesmen Anatoli Yevsyukov və onun həyat yoldaşı barədə məlumat verilmir. Onlar rəsmi olaraq itkin düşmüş şəxslər siyahısındadır (Bundan əvvəl TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla onların öldüyünü xəbər vermişdi).