Sionist rejim bir daha Culani hökumətinin açıq-aşkar zəifliyi və fəaliyyətsizliyi fonunda Suriya ərazisinə hücum etdi.
Qafqaz Times-ın məlumatına görə, xəbər mənbələri sionist rejimin Suriya ərazisinə quru və hava hücumları etdiyini bildiriblər.
Mənbələrin verdiyi məlumata əsasən, sionist rejim ordusuna məxsus zirehli texnikalardan ibarət bir kolona Suriyanın cənubundakı Quneytərə vilayətinin ətrafında yerləşən Umm əl-Luqəs və ər-Rəfid kəndlərinə daxil olub.
Sionist rejim mediası da bu rejimə məxsus döyüş təyyarələrinin Suriyanın cənubundakı Suveyda vilayətinə yaxın bölgələrə hava hücumu təşkil etdiyini bildirib.
Suveyda Hərbi Şurasının bəyanatı: “Biz İŞİD və Cəbhət ən-Nusranın davam edən hücumlarının şahidiyik”
Suveyda Hərbi Şurası verdiyi bəyanatda bildirib ki, bu gün baş verənlər, İŞİD və Cəbhət ən-Nusra şüarlarını səsləndirən terror qruplarının davam edən hücumlarının tərkib hissəsidir və bu cinayətlər dünyanın gözü qarşısında baş verir.
Bəyanatda qeyd olunur: “Biz sülh yolu ilə həll yollarına və dialoqa inamımızı vurğulayırıq və Dəməşqdəki keçid hökuməti (Culani) ilə anlaşmaya nail olmaq üçün ciddi səylər göstərmişik.”
Bəyanatda həmçinin bildirilir ki, qan axıdılmasını dayandırmaq və mülki əhalini qorumaq üçün təşəbbüslər irəli sürmüşük, lakin Culani hökumətindən böhranın həlli üçün heç bir ciddi cavab almamışıq.
Bəyanatın sonunda qeyd olunur: “Qəti şəkildə bəyan edirik ki, torpaqlarımızı və xalqımızı müdafiə etmək üçün mübarizəmiz davam edəcək və heç kəsə müqavimət və iradəmizə xələl gətirməyə icazə verməyəcəyik.”
