Türkiyənin Adana şəhərində sürücü mikroavtobusu piyadaların üzərinə sürüb.
Belə ki, şəxsiyyəti müəyyən edilməyən sürücü mikroavtobusla bulvarda dayanacaqdakı şəxsləri vurub.
Həmin vaxt dayanacaqda olan 71 yaşlı Halil Çiftçi həyatını itirib, 7 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.