Suriya XİN-i İranın hərbi müşavirinin Zeynəbiyyədə terror edilməsi barədə reaksiyasında sionist rejimin bu rəftarının Vyana konvensiyasına zidd olduğunu elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Suriya arici işlər nazirliyi BMT baş katibi və Təhlükəsizlik Şurası sədrinə ayrı-ayrılıqda məktub imzalayaraq İran İslam Respublikasının Dəməşq səfirliyinin hərbi məsləhətçisi Seyid Rəzi Musəvinin terror edilməsini pisləyərək bu xüsusda lazımi tədbirlərin görülməsini tələb edib.
Xatırladaq ki, Vyana Konvensiyası 1961-ci il 18 apreldə dövlətlər arasında konsulluq əlaqələri, işçiləri, onların toxunulmalığı və təhlükəsizliyi barədə hüquqlarını təyin edən qanuni bir konvensiyadır.
İran İnqilab Keşikçiləri Ordusunun aparıcı komandirlərindən biri, Suriyada hərbi müşavir vəzifəsində xidmət edən general Seyid Razi Musəvi dekabrın 25-də sionist rejimin tərəfindən törədilən terror aktında şəhid olub.
