Qafqaztimes xəbər verir ki, Rəsmi Suriya Xəbər Agentliyinin (SANA) verdiyi məlumata görə, son 24 saat ərzində Suriyanın şimal-şərqindəki Əl-Həsəkə əyalətində yerləşən işğalçı ABŞ qüvvələrinə məxsus 70 tankerdən ibarət iki yanacaq daşıyan karvan Suriyanın neft quyularından oğurlanan nefti qanunsuz Əl-Vəlid keçidindən İraq ərazisinə daxil edib.
İki karvan Əl-Həsəkə vilayətinin ətrafında və İraq sərhədi yaxınlığında yerləşən “Xarab əl-Ceyr” bazasından başlamış və “Əl-Vəlid” keçidini keçərək İraqın “Neynava” vilayətinə daxil olmuşdur.
Əl-Yərəbiyyə bölgəsinin Əl-Süveydiyyə kəndindəki yerli mənbələr SANA-ya məlumat veriblər ki, ABŞ hərbçiləri ilkin mərhələdə Xərab Əl-Ceyr bazasından 44 yük maşını çıxarmış və dünən gecə isə Suriyadan neft daşıyan daha 26 yük maşını İraqdakı bazalara gətirilmişdir