Yeraltı təkan rixter cədvəli üzrə 7,3 bal gücündə baş verib.
Zəlzələnin episentri Flores adaları sahillərində yerin 18,5 kilometr dərinliyində yerləşib. Təbii fəlakətdən sonra İndoneziyada sunami xəbərdarlığı elan edilib. Sunami artıq sahilə çatıb. Milli Fəlakətlərin Azaldılması agentliyinin məlumatına görə, yeraltı təkanlar bölgədə güclü formada hiss edilib.
Fəsadların olduğu bildirilir. Bölgəyə təcili yardım qrupları göndərilib.
