Sudan ordusu komandanı Əbdül Qadir Əl Burhan atəşkəs rejiminin 72 saat daha uzadılması barədə razılığın əldə olunduğundan xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, ötən 3 günlük atəşkəs razılaşmasına rəğmən hələ də prezident aparartı ətrafında atışma səsləri eşidilməkdədir.
Məlumata görə atəşkəsin daha 4 gün uzadılması haqda ordunun razılığına baxmayaraq qarşı tərəf bu barədə heç bir fikir elan etməyib.
Sudan ordusunun atəşkəsin uzadılmasına göstərdiyi cəhdlərə baxmayaraq “Çevik reaksiya qüvvələri”nin üsyançıları (RRF) vasitəçilərin nəzərindən asılı vəziyyətdədir.
Xatırladaq ki, Sudan silahlı qüvvələri mülki şəxslərin müdafiəsini, beynəlxalq humanitar hüquqa hörməti və günahsız vətəndaşları qarət edib öldürən silahlı qeyri-qanuni polis kimi tanınan qüvvələrin üsyanını geridə qoymuş kritik humanitar vəziyyəti nəzərə alaraq çərşənbə axşamı, aprelin 25-dən başlayaraq 72 saatlıq atəşkəsi təsdiqləmək üçün Səudiyyə-Amerika vasitəçiliyi tələbinə cavab verib. Üsyançı Çevik Dəstək Qüvvələrinin törətdiyi kobud pozuntuları – elektrik enerjisi və su stansiyalarını dağıtmağa cəhd etməklə yanaşı, təhlükəsiz mülki insanları qorxudan və onları canlı qalxan kimi istifadə edən, beynəlxalq qanunları açıq şəkildə pozaraq xəstəxanaları və tibbi xidmət mərkəzlərini hədəfə alan hərəkətləri də unutmaq olmaz.