Sudan Xalq Konqresi Partiyası işğalçı İsrail rejimi ilə əlaqələrin adiləşməsinə sərt reaksiya verərək bəyanat yayıb.
Əl-Aləm telekanalının məlumatına əsasən, Sudan XQP-ı bəyanatda deyilir: İsraillə əlaqələrin adiləşdirilmə qərarı yeni hakimiyyətin Sudan xalqının Fələstinə dəstək prinsiplərinə əhəmiyyətsiz yanaşması kimi qəbul olunur.
Bəyanatda həmçinin deyilir: Bu qərar Sudanda hakimiyyətə gəlmiş hərbi xunta rejimi belə yollarla öz xalqının nifrətini qazanır. Yeni hərbi hakimiyyətin məqsədi özlərinin yerini möhkəmlətməkdir. Amma bu səylər boşa çıxacaq.
Qeyd edək ki, İsrail XİN başçısı Eli Koenin başçılığı ilə İsrail diplomatlatı Xartuma səfər etdikdən sonra Sudan XİN-i rəsmi bəyanatla sionist rejimlə əlaqələrin normallaşdırma haqda razılığa gəlindiyini elan edib.