Stiv Cobsun köhnə ayaqqabıları hərracda ekspertlərin gözlədiyindən üç dəfə baha satılıb.
“Apple”ın mərhum qurucusunun geyindiyi alman firması “Birkenstock” sandalları ötən həftə hərraca çıxarılıb. Mütəxəssislər altı il əvvəl 3400 dollar dəyərində qiymətləndirilən ayaqqabıların indi 60-80 min dollar arasında satılacağını gəzləyirdilər.
Ancaq sonda onlar üçün 218 750 dollar ödənilib. Xatirə əşyasının sahibinin kim olduğu məlum deyil.
Bildirilir ki, Stiv Cobsa 1976-cı ildə Stiv Voznyak ilə bir qarajda bu sandalları geyinərək “Apple” şirkətinin təməlini qoyub.