Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.