Qarabağda növbəti erməni təxribatı törədilib.
Belə ki, Daşaltı kəndi yaxınlığında mina partlayışı baş verib. İki mülki şəxs minaya düşüb.
Minaya düşənlər ərazidə fəaliyyət göstərən işçilər olub.
Məlumata görə, ermənilər tərəfindən meşədə “mina tələsi” qurulub. Piyada əleyhinə mina, onun altına isə tank minası qoyulub.
