Sionist rejimin ekstremist maliyyə naziri Qəzzədə atəşkəs və əsir mübadiəlsi razılaşmasının bütün mərhələləri bitdikdən sonra müharibənin yenidən başlayacağını deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata görə, Bezazel Smotriç bu gün (31 yanvar) deyib: Mart ayının əvvəlində müharibə yenidən başlayacaq. Çünki Həmasla əsir mübadiləsi razılaşması İsrail üçün çox təhlükəli və böyük bir faciədir.
Bezazel Smotriç həmçinin deyib: Mübadilənin 2-ci mərhələsində müharibənin məqsədlərinə çatmasaq, nazirlər kabinetini məhv edəcəyəm. Mən “Trampın İsrailə müharibəyə dönmək icazəsi yoxdur” sözünü qəbul edə bilmərəm. Çünki bizim istədiyimizi etmək haqqımız var.