QafqazTimes xəbər verir ki, Qətərin “Əl-Cəzirə” kanalı fələstinli jurnalist Şirin Əbu Aqilənin qətli ilə bağlı işi Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa) təqdim etdiyini açıqlayıb.
Bu telekanalın bildirdiyinə görə, bu addım Əl-Cəzirə telekanalının hüquq qrupu tərəfindən araşdırmalar başa çatdıqdan sonra atılıb. Bu araşdırmalara əsasən Şirin Əbu Aqilənin sionist əsgərlər tərəfindən güllələndiyini sübut edən dəlil və sənədlər var.
Əl-Cəzirə vurğulayıb ki, aparılan araşdırmalara əsasən, sionist rejimin Şirin Əbu Aqiləni səhvən öldürülməsi ilə bağlı iddiasının doğru olmadığı Haaqa Məhkəməsinə elan edilib.
Əl-Cəzirənin Haaqa Məhkəməsinə etdiyi şikayətdə Şirin Əbu Aqilənin xəbər hazırlamaq üçün iştirak etdiyi ərazidə hərbi münaqişənin olmadığı vurğulanır ki, bu da İsrail ordusunun bu hadisə ilə bağlı araşdırmasının nəticələrini şübhə altına alır.
Fələstinli jurnalist Şirin Əbu Aqilə 25 il Əl-Cəzirə telekanalında çalışıb.
Əbu Aqilə Yaxın Şərqdə Fələstin xəbərlərini işıqlandıran fəal jurnalistlərdən biri idi. O, 2022-ci il mayın 11-də sionistlərin İordan çayının qərb sahilindəki Cenin şəhərinə hücumu xəbərini işıqlandırarkən rejim əsgərləri tərəfindən güllələnib və başından aldığı güllə yarası nəticəsində dünyasını dəyişib. Sionistlər bu atışmanın qəsdən törədilmədiyini və Əbu Aqilənin səhvən hədəfə alındığını iddia ediblər.
