Qafqaztimes xəbər verir ki, İbrani dilində nəşr olunan “Yediot Aharonot” qəzeti yazıb: Sionist təhlükəsizlik rəsmilərinin qiymətləndirməsi göstərir ki, Livan Hizbullahı İsmayıl Həniyə və Fuad Şükrün qətlinə görə sionist rejimə İrandan daha tez cavab verəcək.
Bu arada sionist rejim və ABŞ İran və Hizbullahın yaxın günlərdə İsrailə hücum edəcəyini proqnozlaşdırır, lakin dəqiq vaxt məlum deyil.
Bu ibrani qəzeti yazıb: Sionist ordusu baxımından ən pis ssenari İran və Livanın koordinasiyalı, sürətli və üst-üstə düşən hücumudur, lakin təhlükəsizlik və siyasi qurumların rəhbərləri bu ehtimalı kiçik hesab edir və Hizbullahın ilk hücuma keçəcəyinə inanırlar.
Alalam