QafqazTimes xəbər verir ki, sosial mediada yayımlanan bir videoda sionist qüvvələrin Ramallah yaxınlığında fələstinlilərə vəhşicəsinə hücumu göstərilir.
Fələstinli fəallar sosial şəbəkələrdə Ramallah yaxınlığında İordan çayının qərb sahilində işğal qüvvələrinin fələstinlilərə hücumu və onları şiddətlə döyməsi səhnələrini əks etdirən video yayımlayıblar.
Fələstinin “Maa” xəbər agentliyi bu videoda sionist əsgərlərin Ramallahın qərbində fələstinliləri döydüyünü göstərdiyini açıqlayıb.
Lakin, İsrailin 13-cü Kanalı hadisənin təfərrüatlarının hələ məlum olmadığını və İsrail hərbi polisinin araşdırmaya başladığını açıqlayıb.
