Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Beynəlxalq Qüds Günündə İsrailin istənilən təcavüzkarlığına qarşı hazır və gücü olduğunu vurğulayaraq deyib: Sionist rejim nigarançılıq və qorxu hissi ilə bütün cəbhələrdə hazır vəziyyətdədir. Halbuki müqavimət tam sakiliklə bunu izləyir.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Həsən Nəsrullah bu günün 40 il əvvəl İmam Xomeyni (rəh) tərəfindən təyin edildiyinə işarə edərək vurğulayıb: Bu gün bütün Fələstin xalqının, islam ümmətinin birliyi, azadələrin və şərəfli fələstinlilərin günüdür.
S.H.Nəsrullah həmçinin deyib ki, bu gün bütün insanlarda müqəddəs Qüds, məzlum Fələstin xalqının, islam və xristian dünyasında müqəddəslər qarşısında məsuliyyət hissini oyadıb xatırladan bir gündür.