Ekspertlərin fikrincə son günlərdə fələstin müqavimət dəstələrinin cinayətkar rejimə kəskin reaksiyaları ötən illə müqayisə olunmaz dərəcədə qətiyyətli və güclüdür.
Əl-Aləm telekanalının məlumatına əsasən, bu il fələstinlilərin Cüneyn faciəsinə verilən dərhal cavabı 2020-ci il Əriha hadisəsi ilə müqayisədə həddən artıq inkişaf etdiklərinin göstəricisidir. Bu isə ən çox sionist rejimi nigaran edir.
Məlumatda həmçinin deyilir: Daş-kəsəklə mübarizəyə başlayan fələstinlilərin indi cinayətkar rejimin rəftarlarına raketlə cavab vermələri strateji tədbirlərdən xəbər verir. Cüneyn, Beytül Müqəddəs, Əl-Əqsa şəhidlər, Nablos, Ərinul Əsvəd və digər fələstinli müqavimət qrupları inanılmaz dərəcədə güc nümayiş etdirirlər.
Sionist rejimin digər bir qorxusu da fələstinlilərin PUA sistemlərindən istifadəsidir. Çünki onlar bir gün dron vasitəsilə bombardmana düçar olacaqlarından qorxurlar.
Qeyri-rəsmi məlumata əsasən, Qərb sahilində olan işğalçı rejim hərbçilərinin 60%-i artıq yararsız vəziyyətdədir və artıq fələstinlilərin müqaviməti qarşısında durmaq gücü yoxdur.