Ötən bazar günü gecə Tel Əvivdə baş vermş kamikadze əməliyyatı sionistləri 22 il əvvəl silsilə intihari əməliyyatların geri döndüyü qorxusunu yaşadır.
Əl Aləm telekanalının məlumatına əsasən, Əl Əhd portalı bugünkü sayında (21 avqust) yazıb: Kamikadze əməliyyatlarının düşmənə psixoloji təsiri həddən artıq çoxdur. Xüsusilə də israillilərin hal-hazırda təhlükəsizlik problemi yaşadıqlarının gücləndiyi bir vaxtda bu onlara çox pis təsir edir.
Təhlükəsizlik baxımından İsrail kamikadze əməliyyatlarına qarşı çox həssasdır və bu ümumi məkanlarda kontrol-nəzarət sisteminin daha çox aktivləşməsinə səbəb olur.
Əl Əhd yazır: Uzun illərdən sonra avqustun 18-i kamikadze əməliyyatlarının Tel Əvivə qayıtması Qəzzə müharibəsi, İran və Hizbullahın hücum təhlükəsi israillilərin qorxusunu birəbeş artırdı. Əlbəttə bu intihari əməliyyatın məsuliyyətini İzzədin Əl Qəssam və Sərayal Qüds batalyonlarının öz üzərinə götürməsi ilə vəziyyət daha da pisləşdi. Əslində bu əməliyyat bir növ uzun müddət istifadə olunmayan “Müqavimət metodunun yenidən canlanması” mənasını daşıyır, müqavimət qrupları arasında koordinasiyanın mövcudluğundan xəbər verir.