Sionistlər Ramazana hazırlaşır, fələstinlilər hücum edir
Mart 18, 2023
Fələstin müqavimət dəstələri bu gün (18 mart) Nablusun cənubunda sionist rejim hərbi postu və bir kəşfiyyat təyyarəsini hədəfə alıb.
Əl Aləm telekanalının məlumatına əsasən, fələstinli müqavimətçilər bu gün Cəbəlittur məntəqəsində sionist hərbçilərin postunu gülləbaran ediblər.
Məlumatlı mənbələr həmçinin Nablus səmasında uçan sionistlərin kəşfiyyat təyyarəsini də hədəf atəşinə tutublar.
Həmçinin məlumatda Nablusun 5 kilometrliyində yerləşən İtamar qəsəbəsində də qumbaralar atıblar.
Müqavimət dəstələri bir bəyanat yayaraq müqavimətçilərin əməliyyatdan sağ-salamat qayıtdıqlarını elan ediblər.
Qeyd edək ki, dünən də fələstinlilər Nablusun şimalında Məzar Yusifə hücum edərək güllə və qumbaralarla sionistləri hədəfə alaraq bir neçə nəfəri yaralamışdılar.
Sionist rejim mübarək Ramazanın ilk günü üçün bütün hərbçilərini səfərbər etdiyi də deyilir.