QafqazTimes xəbər verir ki, sionist rejimi Əl-Əqsa məscidinə və orada ibadət edən fələstinlilərə qarşı təcavüzünü davam etdirir.
Fələstinin Şahab xəbər agentliyi sionist rejimin çərşənbə axşamı Məscidül-Əqsada işa azanının verilməsinin qarşısını aldığını bildirib.
Ötən ilin mübarək Ramazan ayının ilk günündə də sionistlər Məscidül-Əqsadan işa azanının yayımlanmasına icazə verməmişdilər.
Bu addım Fələstin xalqının və müqavimət qruplarının qəzəbinə səbəb olub. Belə ki, HƏMAS hərəkatı bu məsələni ciddi şəkildə pisləmiş və bu kimi məsələlərin müqəddəs məkanlara qarşı irqçi təcavüz olduğunu vurğulamışdır.
HƏMAS-ın sözçüsü Hazim Qasim azan səsinə mane olmağın vicdan azadlığının kobud şəkildə pozulması olduğunu bildirərək, sionistlərin müsəlmanların hisslərinə məhəl qoymadıqlarını deyib.
Bu arada, HƏMAS-ın hərbi qolu olan şəhid İzzəddin əl-Qəssam batalyonları ötən bazar ertəsi səhər İordan çayının qərb sahilindəki sionistlər yaşayan Ariel qəsəbəsində keçirilən cihad əməliyyatının məsuliyyətini öz üzərinə götürüblər.
İslami Cihad hərəkatının İordan çayının qərb sahilindəki sözçüsü Tarik İzzəddin bu xəbərə reaksiya olaraq deyib: “Əl-Qəssamın Ariel əməliyyatına görə məsuliyyəti öz üzərinə götürməsi İordan çayının qərb sahilində anti-sionist əməliyyatlarının davam etdiyinə bir sübutdur.”