QafqazTimes xəbər verir ki, sionist rejim əsgərləri bu gün səhər (bazar ertəsi) növbəti dəfə buldozerlərlə işğal altındakı Fələstinin cənubunda yerləşən “Əl-Əraqib” kəndinə bu kəndi 280-ci dəfə dağıtmaq etmək üçün gediblər. “Əl-Əraqib”, sakinləri hər söküntüdən sonra evlərini taxta və plastiklə yenidən tikən və müqavimət simvoluna çevrilən bir kənddir.
Batra xəbər agentliyinin məlumatına görə, kəndlilər hələ də torpaq talanına və işğalına qarşı müqavimət göstərir və hər dağıntıdan sonra evlərini yenidən tikirlər.
Qeyd edək ki fələstinlilərin bu bölgədən çıxarılması səyləri onilliklər boyu davam edir. Nəhayət sionist rejimi 2010-cu ildə Negev səhrasında onlarla fələstinli kəndini qanunsuz elan etdi . Amma bu kəndlərin sakinləri deyirlər ki, onların evləri sionist rejimin qurulmasından əvvəl tikilib. Məhz bu hökmdən sonra sionistlərin qalan fələstinlilərin məhv edilməsi və məcburi köçü üçün fəaliyyətləri çoxaldı, lakin hər dəfə buldozerlər və işğalçılar getdikdən sonra sakinlər sadə vasitələrlə evlərini bərpa etməyə çalışırlar.
Bu kəndlərdən biri Əl-Əraqib adlanır, bu kənddə 80-dən çox fələstinli 22 ailə şəklində yaşayır. 2010-cu ildə baş verən ilk söküntüdə yüzlərlə sakin kəndi tərk etmək məcburiyyətində qaldı, lakin onlardan 80 nəfəri qaldı və son illərdə onlar öz əcdadlarının torpağında müqavimət göstərən Fələstin xalqının simvoluna çevrildilər.
