Sionist rejim hərbçiləri Məscidül Əqsanın daxilində yerləşən Əl Qəbla məscidində ibadət edən etikafçılara hücum edərək onları zorla məkandan uzaqlaşdırıblar.
Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (5 aprel) sübh namazı vaxtı işğalçı sionist hərbçilər Əl Qəbla məscdinin pəncərələrini sındırıraraq etikafçılara hücum ediblər. Onlar hətta məscidə səs bombaları da atıb ibadət edən müsəlmanları qorxudaraq dağılışmağa vadar ediblər.
Verilən məlumata görə məscidə daxil olan sionistlər müsəlmanlara hücum edərək döyməyə başlayıblar.
Fələstin Qırmızı Aypaya Cəmiyyəti elan edib ki, müsəlmanlar Əl Qəbla məscidində döyüldükdən sonra zorla küçəyə çıxarılıb və onların arasında ağır yara alanlar da var. Həmçinin məscid boşaldıldıqdan sonra sionistlər məscidi od vuraraq yandırıblar.