Vaşinqton tədqiqat mərkəzinin min nəfər səudiyyəli arasında apardığı sorğunun nəticələri sionist rejimin ümidlərinin son ipini qırıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu sorğuda əksər səudiyyəlilər sionist İsraillə əlaqələrin normallaşmasını istəmir.
İsraeel Hume qəzetinin siyasi müxbiri Ariel Kahane deyib ki, səudiyyəlilərin 65%-i baş nazir Benyamin Netanyahu kabinetinin əleyhinə olan etirazların müsbət nəticələr verəcəyinə inandıqlarını deyiblər. onların fikrincə əlaqələrin normallaşma prosesi tənəzzülə doğru gedir.
Sorğuda həmçinin İsrailin İran əleyhinə birlik yaratmaq məqsədi ilə Səudiyyə Ərəbistanı ilə yenidən əməkdaşlıq etməsinə etirazlar xüsusi yer alır.
Qeyd edək ki, sionist rejimin Kan telekanalı ötən günlərdə rejimin Ərəbistanla əlaqələrinin normallaşmasının imkansız olduğunu etiraf edib.