Sionist rejim hərbçiləri İordan çayı qərb sahilinin şimalına hücum edib.
Əl aləm telekanalının məlumatına əsasən, bu səhər (15 iyul) işğalçı rehim hərbçiləri Nablosun şərqində yerləşən Əskər düşərgəsinə basqın ediblər.
Məlumata görə Fələstin müqavimət dəstələri sionistlərin basqınından xəbərdar olaraq düşərgənin ətrafında onları atəşə tutublar.
Sionistlər həmçinin Nablosun şərqində yerləşən Əl Bələdül Vaqe məntəqəsində də yürüş keçirərək fələstinli gənclərin qarşıdurması ilə üzləşiblər.
Eləcə də sionistlər Tulul Kərəmdə yerləşən Nuruş Şəms düşərgəsində fələstinli müqavimət dəstələrinin qarşıdurmasına cavab vermək məcburiyyətində qalıblar.
Xatırladaq ki, son günlər başda İordan çayının qərb sahilləri olmaqla işğal olunmuş torpaqlarda hərbi vəziyyət həddən artıq gərginləşdiyindən, sionistlər daha da vəhşiləşiblər. Çünki bundan əvvəl sionistlər təkcə işğal etdikləri cənub bölgələri və Qəzzəyə fokuslanmışdılarsa, indi bu vandallıq şərqə doğru genişşlənib.
Ekspertlərin fikrincə, bu gərginləşmənin yeganə səbəbi fələstin müqavimət dəstələrinin silahlanması ilə yanaşı strateji planlarıdır.