QafqazTimes xəbər verir ki, Polkovnik Səyyad Xudayinin şəhadətindən sonra sionist rejimin mətbuatı çərşənbə axşamı bildirib ki, bu rejim öz səfirlikləri və dünya üzrə konsulluqlarında təhlükəsizlik tədbirlərini gücləndirib.
İsrailin “Times” qəzeti və rejimin 13-cü telekanalının açıqlamasına görə, rejim İranın cavab hücumundan narahatdır.
Hesabatlarda həmçinin işğal olunmuş ərazilərdən kənardakı “hədəflərə” mümkün hücumlarla bağlı narahatlıqlar da vurğulanır.
Bir israilli mənbə 13-cü telekanala bildirib ki, sionist rejim şimal sərhədindən mümkün reaksiyalara hazırlaşır.
Sionist rejim mayın 22-i bazar günü axşam saatlarında Tehranda baş vermiş Şəhid Səyyad Xudayinin terroruna hələ də rəsmi reaksiya verməyib.
İsrailin “Kan” telekanalının məlumatına görə, səs boğucu silahlarla silahlanmış “Mossad muzdluları” qəsdən hadisə yerinə gündüz gəliblər.
“Maariv” qəzeti isə çərşənbə axşamı yazıb ki, “Mossad-a aid edilən” bu yeni addım Qüds Qüvvələrinə qarşı əməliyyatların əhatə dairəsini genişləndirməyə əsaslanan siyasət dəyişikliyindən xəbər verir.