Sionist Şərqşünas Muti Keydar Livan Hizbullahının son hərrbi təlimlərinin son Qəzzə müharibəsi ilə sıx əlaqəsindən danışıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsrailin 7-ci kanalı ilə müsahibədə Muti Keydar deyib: Bu hərbi təlim birbaşa Qəzzə müharibəsi ilə əlaqəli idi və Hizbullah təkcə bizə deyil, hətta Amerikaya da öz hərbi gücünün olduğu mesajını verdi.
Muti Keydar həmçinin Suriyanın Ərəb Liqasına geri qayıtmasından narahatlığını gizlətmədən deyib: Şahid olduğumuz hadisələr bizə ərəb dünyasının İrana təslim olmasını sübut edir. Əvvəl İran Səudiyyə Ərəbistanı ilə əlaqələrini normallaşdırdı. Sonra BƏƏ də olan nüfuzundan istifadə etdi. Artıq Orta Şərq ölkələri faktiki İsrailin zəiflədiyini sanır. Əlbəttə yersiz də deyil. Çünki son aylarda İsrail nazirlər kabinetinə qarşı xalq və müxalifət aksiyaları bu zəifliyin göstəricisi idi.
