QafqazTimes xəbər verir ki, İşğal altında olan Qüdsün Bələdiyyəsi Qüdsün şərqindəki Əl-İssəviyyə qəsəbəsində tikinti icazəsi olmadığı bəhanəsi ilə bir məscidi sökməyi planlaşdırır.
“Ərəb 48” saytı bu barədə yazıb: “Şərqi Qüdsün Əl-İssəviyyə şəhərciyi sakini Əli Dərbas deyir ki, bələdiyyə dörd gün ərzində şəhərdəki Əl-Təqva məscidinin sökülməsinə göstəriş verib.”
O əlavə edib ki, işğal altında olan Qüdsün bələdiyyəsi təxminən 300 kvadratmetr sahədə tikilən bu məscidi tikintiyə icazəsi olmadığı bəhanəsi ilə sökmək qərarına gəlib.
Yanvarın 3-də İsrail qüvvələri məscidə basqın edərək tikinti işlərini dayandırıb.
Bununla əlaqədar olaraq, “Vadi Həlva” informasiya mərkəzi Əl-İssəviyyə şəhərciyi sakinlərinin bu məscidin dağıdılmasının qarşısını almaq üçün “Məscidlərimiz heç vaxt dağılmayacaq” adlı kampaniyaya başladığını açıqlayıb.
Fələstinlilər işğalçı sionist rejimin rəsmilərindən tikinti icazəsi almaq üçün son dərəcədə maneələrlə üzləşirlər.
Bundan əlavə keçən həftə sionist rejimi Betlehemin qərbində yerləşən Nəhalin qəsəbəsində bir məscid və səkkiz fələstinli evini sökmək niyyətində olduğunu açıqlamışdı.
Nəhalin şəhərinin meri Salah Fonun da bildirib ki, sionist rejimi bu qəsəbədəki məscidi dağıtmaq niyyətindədir.