Sionist rejim baş nazirinin çıxışında “Həmasla razılaşmanın Rəfəhə hücumuna heç bir təsiri yoxdur” deməsindən sonra beynəlxalq medialar bu barədə nigarançılıq doğuran rezonanslar veriblər.
Əl Aləm telekanalının məlumatına əsasən, Benyamin Netanyahu dünən (6 may) Həmas-İsrail razılaşması elan olunduqdan sonra “Həmasla razılaşmanın Rəfəhə hücumunun qarşısını ala bilməz” deməsi bir daha işğalçı rejim olduğunu sübut edib.
Məlumata görə, sionist rejim NK administrasiyası və müharibə kabineti Rəfəhdə hərbi əməliyyatların davamına qərar veriblər və Həmas girovları azad etməyənə və müharibə prinsipi həyata keçməyənə qədər vəziyyət olduğu kimi qalacaq.
Qeyd edək ki, dünən (6 may) işğalçı İsrail Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb.
Bildirilib ki, şəhər sakinləri və köçkünlər təxliyə edilir. Onlar Mauasi humanitar zonasında salınmış müvəqqəti düşərgələrə yerləşdirilir.
BMT-nin məlumatına görə, Rəfahda 1 milyon 400 min nəfər yaşayır və İzəddin əl-Qəssam briqadasının orada dörd taboru yerləşdirilib.
Əməliyyatın azı altı həftə davam edəcəyi gözlənilir.
3 şərhlər
Injectable Steroids DIANABOL buy online. https://injectable-steroids-dianabol-buy-online.webflow.io
Injectable Steroids DIANABOL buy online. https://dirstop.com/story19092422/injectable-steroids-dianabol-buy-online
p4fl5s