Haartes qəzeti sionist rejimin son günlərdə İsraili rəsmi surətdə tanımayan müsəlman Banqladeş ölkəsinə casusluq avadanlıqları satdığı haqda məlumat yayaraq bu əlaqələrin pərdəarxasındakıları araşdırmağa çalışıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İsrail mediaları sionist rejimin 4 şirkəti istehsalı olan modern casusluq avadanlıqlarının Banqladeşə satılmasından və bu alqı-satqıda keçmiş AMAN əməkdaşının vasitəçiliyindən xəbər verirlər.
Bu xəbərə görə satılan avadanlıqlar rabitə sistemlərinin kəşfiyyatı, internet sistemləri, mobil telefon radarları və bu kimi məhsullardır. Deyilənlərə görə İsrail Kiprdə qeydiyyatdan keçmiş bir şirkət vasitəsilə bu məhsulların satışını gerçəkləşdirib.
Maraqlısı budur ki, Banqladeş beynəlxalq aləmdə sionist rejimi rəsmi surətdə tanıdığını elan etməyib və onlar arasında heç bir diplomatik əlaqə yoxdur. Həmçinin bu ölkə pasportunun üzərində “İsraildən başqa hər bir ölkədə keçərlidir” sloqanı yazılıb.
Xatırladaq ki, 2 gün əvvəl də sionist rejimin Şimali Koreyadakı səfiri Seulda ölkə rəsmiləri ilə “elektron göz” sistemi barədə alqı-satqı müqaviləsi bağlaması haqda xəbərlər yayılmışdı.