Sionist rejimin müharibə naziri Münix təhlkəsizlik konfransında ilk çıxışında İranın 50 ölkəyə silah satdığını iddia edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Yuav Galant daha sonra deyib: İran dünyada öldürücü silah satan bir ölkəyə çevrilib və bütün qitə və xalqlara olan təhdidləri artmaqdadır.
Y.Galant vurğulayıb: İran min kolometrlik uzaqmənzilli dronlarını şərqi Belarusiyaya göndərir. Əvvəllər də Cənubi Amerikaya göndərirdi.
Galant beynəlxalq kütlənin əlbir olub bu silah alqı-satqısının qarşısını almalı, təsirli bir cəzalandırma sistemi yaratmalıdır.
Məlumata əsasən, Guardian qəzetində ABŞ rəsmilərindən biri İranın dünyada ucuz qiymətə öldürücü dron istehsal edən lider ölkə olduğunu iddia edib.