Yəmən Ənsarullah Hərəkatı sionist rejim havadan müdafiə sisteminin işğal olunmuş Fələstinə atdığı raketinə mane ola bilmədiyi barədə bəyanat yayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Ənsarullah Hərəkatı media təşkilatının vitse-prezidenti bu gün (5 yanvar) deyib: İşğal rejiminin Yəmən raketinin İsrailin hava məkanından kənarda tutulduğunu iddia etməsinə baxmayaraq, bu raket sionist rejimin bütün hava hücumundan müdafiə sistemlərindən keçə bilib.
Sionist rejimin 12-ci kanalı bir neçə saat əvvəl Yəməndən İsrailə doğru raket atıldığını təsdiqləyib.
İsrailin daxili cəbhəsi də hücumları təsdiqləyib və böyük Tel-Əviv ərazisində həyəcan siqnalı çalındığını açıqlayıb.
Sionist mətbuatı həmçinin işğal olunmuş ərazilərin mərkəzində bir neçə partlayış səsinin eşidildiyini bildirib.