Qafqaztimes Euronews-a istinadən xəbər verir ki, bir tədqiqat şirkəti İsrailə məxsus həssas hərbi məkanların və nüvə obyektlərinin yüksək keyfiyyətli fotolarını yayımlayıb. Bu fotoşəkillər arasında Dimona nüvə reaktorunun dəqiq yeri və kordinatları da vardır.
Bu görüntülər Amerikanın “Map Box” şirkəti tərəfindən yayılıb və bu, rejimin rəsmiləri arasında xeyli narahatlıq yaradıb.
Sionist “Haaretz” qəzeti bununla bağlı istehza ilə yazıb: “Maraqlananlar Dimona nüvə reaktorundan əlavə, İsrailin sualtı qayıqlarının və bütün digər məxfi və həssas obyektlərin yerini çox dəqiqliklə görə bilərlər!”
Qeyd edək ki, Dimona nüvə obyektində plutoniumun olması sionist rejimin atom bombasına malik olmasına daha bir dəlildir, lakin özünün nüvə proqramı ilə bağlı məxfiliyinə görə dünya hələ də İsrailin nə qədər atom bombasına malik olduğunu bilmir. Bununla belə, ekspertlər hesab edir ki, işğalçı rejimin əlində ballistik raketlər, hərbi qırıcılar və sualtı qayıqlarla atıla bilən 80-ə yaxın atom bombası var.