QafqazTimes xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyinin (Wafa) məlumatına görə, sionist rejimi bir fələstinli vətəndaşı Qüdsün Əl-Əqsa məscidinin cənubunda yerləşən Salvan qəsəbəsindəki evini sökməyə məcbur edib.
Məlumata görə, Fələstin vətəndaşı olan Əhməd Amir söküntü xərclərini ödəməməsi üçün Salvan şəhərinin “Eyn Əl-Luza” məhəlləsindəki evini özü sökməyə məcbur olub.
Sionist rejimi Qüdsdə yüzlərlə yaşayış evinin boşaldılması və dağıdılması əmrini verib ki, bunlardan bir çoxu artıq icra mərhələsindədir.
Sionist hərbçilərin çərşənbə axşamı günü axşam saatlarında işğal altında olan Qüdsdə şəhadət əməliyyatının təşkilatçısı Fadi Əbu Şaxidamın evini də dağıdıblar.
Bundan əvvəl yerli mənbələr yeni ildə sionist işğalçılar tərəfindən işğal olunmuş Qüdsdə fələstinlilərin evlərinin dağıdılması prosesinin davam edəcəyi barədə məlumat vermişdilər.