QafqazTimes xəbər verir ki, amerikalı vasitəçi Beyrut və Təl-Əviv arasında su sərhədlərinin demarkasiyasına dair saziş layihəsini təqdim etdikdən və dəniz sərhədlərinin demarkasiyası haqqında sazişin imzalanmasının yaxınlığı barədə xəbər dərc olunduqdan sonra Livan və İsrail ictimaiyyətində nikbinlik mühiti hökm sürür.
Hətta sionist rejimində bir çox ifrat sağçıların Beyrutla Dəniz sərhədi müqaviləsinin imzalanmasını və on ildən sonra bu işin bağlanmasını müsbət qarşıladıqları halda, “Jerusalem Post” qəzeti yazıb ki, İsrailin Livanla iqtisadi sular üzərindəki mübahisə ilə bağlı danışıqlar qrupunun rəhbəri Odi Ediri bununla bağlı sazişin yekun layihəsinin amerikalı vasitəçi Amos Hokşteyn tərəfindən Beyruta təqdim edilməsindən bir neçə gün əvvəl istefa verib.
Bu qəzet həmçinin yazıb: Ediri danışıqlarda baş nazirlik ofisinin rəhbərliyindən məyus olduğu üçün istefa verib. Çünki baş nazir Yair Lapid tənqidçilərə məhəl qoymadan bu razılaşmanı müdafiə edir.
Bu arada, gələn cümə axşamı sionist rejimin təhlükəsizlik kabineti Vaşinqtonun təqdim etdiyi təklifi nəzərdən keçirməlidir.
Qeyd edək ki, ötən şənbə Əl-Məyadin telekanalının müxbiri Amerikanın Beyrutdakı səfirinin amerikalı vasitəçi adından Livan prezidentinə sionist rejimlə dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı saziş layihəsini təqdim etdiyini açıqlamışdı.
Livan Parlamentinin sədri Nəbiyə Berri də bu layihəni müsbət qiymətləndirmiş və ona yekun cavab verilməzdən əvvəl hərtərəfli nəzərdən keçirilməli olduğunu vurğulamışdır.
O, əlavə edib ki, bu layihə əsasən Livanın tələblərinə cavab verir. Ancaq 10 səhifədən ibarət və ingilis dilində olan bu layihə son cavabdan əvvəl diqqətlə nəzərdən keçirilməlidir.
