Sionsit rejimin hərbi qüvvələri Suriyanın cənub bölgələri olan Qənitirə və Dəra əyalətlərində daimi hərbi sektor yaratmağa cəhd göstərirlər.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, sionist ordusu Qənitirə və Dəra əyalətlərindəki sərhəd bölgəsində daha artıq torpaqları işğal etmək məqsədilə gözətçi qüllələri tikərək nəzarət bölgələrini genişləndirmək istəyir.
Məlumata görə sionist düşmən dünən (23 yanvar) Bəşar Əsəd hakimiyyəti devrildikdən sonra işğal etdikləri bu bölgələrdə daha artıq torpaqlara sahib olmaq üçün bufer zona patrul keçidləri yaradıblar.
Verilən məlumata əsasən, dünən təxminən 2 saat Ummul İzam və Əl Rəfid kəndlərinə yerləşiblər.
Eyni zamanda sionistlər Qənitirə ətrafında 6 çobanı həbs edərək şimali Cövlana aparıb və bir sutkadan sonra azad buraxıblar. Çobanların dediyinə görə, sionistlər onların bütün paltarlarını çıxarmaq məcburiyyətində qoyduqdan sonra zirehli avtomobillərlə işğal olunmuş Fələstinə aparıb orada işkəncələrə məruz qoyublar.