Dünən axşam (28 may) sionist rejim Dəməşq ətrafını raket hücumuna məruz qoysalar da qarşı tərəf havadan müdafiə sistemləri ilə xəsarətin qarşısını alıb.
Əl Aləm telekanalının məlumatına əsasən, cinayətkar rejim Suriyanın paytaxtı Dəməşq və ətraf bölgələrinə geniş hava hücumlarına keçib.
Suriyanın yerli informasiya qaynaqları bu hücumların əsas hədəfinin Dəməşqin cənubu və iki mərhlədə olduğunu qeyd edirlər.
Sana İnformasiya Agentliyi Suriya rəsmilərinə istinadən yazır: Gecə (28 may) yerli vaxtla 23:45-də düşmən İsrail Suriyanın işğal olunmuş Cövlan məntəqəsindən Dəməşqə raket hücumu etdi. Amma bizim havadan müdafiə sistemlərimiz raketlərin əksəriyyətini zərərsizləşdirdi və az miqdarda maddi xəsarət aldıq.
İsrail ordusu hücumla bağlı hələ heç bir açıqlama verməyib.