İşğalçı sionist rejimin daxili böhranından sonra fəqərə sütunu sayılan ordusunda problemlər günü-gündən artmaqdadır.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsrail ordusunun ehtiyatda olan zabitləri və bu rejimin hava hücumundan müdafiə hərbiçiləri Netanyahu kabinetinin Knessetdə (sionist parlament) məhkəmə islahatı layihəsinin bəndləri ilə bağlı son siyasi çıxışına etiraz olaraq bildiriblər ki, onların hərbi xidmətdən qaçması və ya xidməti başa vurmayacaqlarını elan ediblər. Belə olan təqdirdə İsrail fəqərə sütunu sayılan ordunun dağılması təhlükəsi ilə üz-üzədir.
Məlumatda 8 aydır sürən daxili çaxnaşmalarla əlbəyaxa olan sionist rejim ordusunda üsyana bənzər hallar da artmaqdadır və ehtiyatda olan zabitlərlə yanaşı bir sıra hərbçilər onların hərbi xidmətinin “fikir azadlığı” ilə uyğun olmadığını və hal-hazırkı rejim diktaturaya çevrilərsə, ordunun məhv olacağını deyirlər.
Haartes qəzetinin aprel ayında apardığı statistikasına görə ötən illərdə ehtiyatda olan zabitlərin xidmət istəyi 90% idisə, bu ilin əvvəlindən sadəcə 7% hərbçi orduda xidmətə hazır olduğunu elan edib.
Ekspertlərin son sözü isə budur ki, İsrialdə “İxtilaflar sionistlərin daxili strukturunu sarsıdıb və bu ixtilaflar artıq ordunun ehtiyat qüvvələrinə də sirayət edib.
1 şərh
To get a bonus of 150$, make any exchange in the Zeus Exchange using Promo code “CODE-2023-GO08”