Sionist rejimin hərbi qüvvələri Fələstin İslami Cihad Hərəkatı baş katibinin Dəməşqdəki evinə raketlə hücum edib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu gün (13 mart) edilən bu raket hücumunda Ziyad Nəxalənin yaşamadığı mənzil raketlə vurularaq darmadağın edilib və ətrafdakı evlərə də ciddi zərər dəyib.
Dəməşqə baş verən bu hava hücumunun İsrail tərəfindən olduğunu qəbul edən 12-ci kanal, bu hücumda Fələstin İslami Cihad Hərəkatının rəsmisinin terror edildiyini də iddia edib. Amma İslami Cihadın Suriyadakı nümayəndəsi İsmayıl Əs-Sindavi hücumda heç bir fələstinli məmurun şəhid olmadığına işarə edərək, sionist rejimin Dəməşqin “Dəmr” məhəlləsinə bugünkü hücumunda İslami Cihadın baş katibi Ziyad Nəxalənin evini hədəf aldığını elan edib.