Sionist rejim nümayəndəsi BMT baş katibinin Fələstin xalqını müdafiə edən bəyanatını “iftira” və “utancverici” adlandırıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İsrailin BMT-dəki nümayəndəsi Gilad Ardan baş katib Antoni Qutterişin sionist rejim hərbçilərinin Ceninə hücumlarını pisləyən bəyanatından əsəbləri gərilərək iftira olduğunu deyib.
Antoni Qutteriş ötən günlərdə BMT qərargahında sionist rejimin Ceninə hərbi təcavüzünü pisləyərək işğalçılardan məsuliyyətə sadiq qalmalarını, beynəlxalq qanunlara zidd rəftarlar etməməyi tələb edib.
Qutteriş həmçinin Ceninlə bağlı xəbərləri müşahidə etməkdən son dərəcə narahat olduğunu da qeyd edərək deyib ki, terror hərəkətləri də daxil olmaqla mülkilərə qarşı bütün kobud hərəkətləri qətiyyətlə pisləyir.
Əlbəttə Əlcəzirə telekanalının müxbiri Qutterişin sionist rejimin Cenin düşərgəsinə qarşı hücumunun hərbi cinayət sayılıb-sayılmaması barədə fikrini öyrənmək istəsə də, o, bu sualı cavablandırmaqdan boyun qaçırıb.
1 şərh
промокод на 1хбет